Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Agentlik rəsmisi: COP29 zamanı məktəblərin işində fasilə yaranması ilə bağlı hər hansı bir qərar yoxdur

Noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur.

Boyukmillet.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq.

O.Abbasov qeyd edib ki, bu gün üçün diqqət edilən əsas məqam sentyabrın 15-də yeni tədris ilinin başlanmasına hazırlaşmaqdır.

Check Also

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının hazırlıqlı …