Şənbə , 25 Sentyabr 2021
Home » Sosial müdafiə » Agentlik sədri: “5 540 şəhid ailəsi üzvünə vəsiqə təqdim olunub”

Agentlik sədri: “5 540 şəhid ailəsi üzvünə vəsiqə təqdim olunub”

“Baxımsız, zorakılığa məruz qalan uşaqlar və onların valideynləri ilə fərdi profilaktik işin icma daxilində qurulması layihəsinin keçiriləcəyi pilot rayonlar seçilib, təlim proqramı hazırlanıb, təlim mövzuları müəyyən edilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fərdi profilaktik iş üzrə nümunəvi plan hazırlanıb və avqust ayından başlayaraq filiallar tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

V.Behbudov bildirib ki, Dövlət Xidmətləri Reyestrində SXA-ya aid 15 xidməti pasport üzrə yeniləşmə işləri aparılır, 12 pasportun mətni yenilənib və nazirliyə təqdim olunub.

Agentlik sədri həmçinin əlavə edib ki, postmüharibə dövründə 5 540 şəhid ailəsi üzvünə şəhidlik vəsiqəsi təqdim olunub.

Check Also

Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və …