Şənbə , 3 İyun 2023

Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi mövcud məhdudiyyətlərdən yayınmaqla mübarizəyə yönələcək

Rusiyaya qarşı növbəti – 11-ci sanksiyalar paketində Avropa İttifaqı əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə ciddi diqqət yetirməyi planlaşdırır.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ sammitinin birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“11-ci sanksiya paketində biz ilk növbədə məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə diqqət yetirəcəyik”, – o qeyd edib.

Eyni zamanda, fon der Leyen qeyd edib ki, hətta onuncu sanksiyalar paketi təsdiqlənəndə də Aİ-də bu istiqamətdə müəyyən tədbirlər görülüb.

O, 11-ci sanksiyalar paketi üzərində işə nə vaxt başlamasının planlaşdırıldığını dəqiqləşdirməyib.

Check Also

Zelenski bu ölkələrə açıq savaş elan etdi: Ermənistan da var

Rusiyaya sanksiyalardan yayınmağa yardı edənlərə qarşı açıq mübarizəyə başlayacağam. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna …