Bazar , 12 İyul 2020
Son Xəbər
Home » Siyasət » Ali Məclisə yeni şöbə müdiri təyin edilib – SƏRƏNCAM

Ali Məclisə yeni şöbə müdiri təyin edilib – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da Gözəl Şahməmmədovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilsin”.

Qeyd edək ki, Gözəl Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

Check Also

“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”

Əziz Ələkbərli: “Erməni yalanlarını ifşa etmək üçün bütün vasitələrdən istifadə etməliyik” Ötən gün Yeni Azərbaycan …