Çərşənbə , 20 Yanvar 2021
Home » Cəmiyyət » Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlanıb

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

İmtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.

Check Also

Gürcüstanın səfiri Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını …