Cümə , 10 Aprel 2020
Home » Cəmiyyət » Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edildi

Alıcılara marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edildi

Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib.

Bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb/Report.

Check Also

İSBAM 20 ailəyə 50 manat həcmində nağd pul yardımı etdi

Ictimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi (İSBAM) koronavirus pandemiyası ilə bağlı elan olunan xüsusi karantin …