Bazar ertəsi , 25 Sentyabr 2023

Allahşükür Paşazadə: “Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır”

“Düşmən güclü olan dövrdə xristian-müsəlman sözündən istifadə etmir. Ancaq zəif olduğu zaman bundan yararlanmağa çalışır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri seyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqlarında xeyli sayda dini obyekt məhv edilib: “Bu gün dövlətimin rəhbəri ilə fəxr edirəm. Mən əvvəl dünya ictimaiyyətinə müraciət edəndə bəzən utanardım. Ancaq bu gün fəxrlə müraciət edirəm. Çünki biz güclüyük. Mən müharibə başlayandan yüzə yaxın dövlətə, təşkilata, dini liderlərə müraciət etmişəm. Qoy bilsinlər ki, bu gün dünya ictimaiyyəti özünü yazıq göstərənin tərəfindəydisə, artıq onların yalançı göz yaşlarına inanmırlar”.

Check Also

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR – BU NƏDİ BELƏ?

İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. …