Şənbə , 13 Avqust 2022
Home » Digər ölkələr » Almaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Almaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Almaniyada son 24 saat ərzində COVID-19 virusuna 9 677 nəfər yoluxub, həmin xəstəliyə yoluxanlardan 298 nəfər ölüb.

Boyukmillet.com  xəbər verir ki, bunu Berlindəki Robert Kox İnstitutu (RKI) bildirib. Halbuki əvvəlki gün ölkədə 6 885 nəfər yoluxmuş, 90 nəfər də ölmüşdü.

Qeyd edək ki, dekabr – yanvar aylarında Almaniyada gündəlik yoluxma sayı bir ara 25-30 minə çatıb. Son vaxtlar ölkədə koronavirusun üçüncü dalğasına dair fikirlər səsləndirilir, karantin məhdudiyyətləri də aprelin 18-dək uzadılıb.

RKI-yə görə, bütövlükdə pandemiya dövründə Almaniyada koronavirusa 2 910 445 nəfər yoluxub, bunların 77,4 minə yaxını dünyasını dəyişib.

Check Also

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, …