Bazar , 21 İyul 2019
Home » Gündəm » Almaniyada Qarabağ mitinqi keçiriləcək

Almaniyada Qarabağ mitinqi keçiriləcək

Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında yerli hakimiyyət orqanları ilə razılaşadırılmış etiraz aksiyasının, Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Avropada yaşayan ağdamlıların təşkilat komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək.

Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardır. Onlar müraciət edərək, bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edirlər.

Aksiya Platz der Vereinten Nationen 1, 53113 Bonn. ünvanında keçiriləcək.

Check Also

Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır

Məlumdur ki, Fonvizinin “Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, …