Cümə , 13 Dekabr 2024
Drone Cameras

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.

Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:

“Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”.

“Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb”, – deyə E.Hüseynbəyli vurğulayıb.

Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

Bakupost-un yaydığı siyahıya görə, ev alanlar arasında AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var:

1. Əli – Təsərrüfat şöbəsinin müdiri;

2. Elmar – Təsərrüfat şöbəsinin işçisi;

3. Anarın sürücüsü;

4. Elxan Zal – evi var;

5. Ülviyyə Heydərova – jurnalist;

6. Arifə Əliyeva – Kadrlar şöbəsinin müdiri, AYB-dən üçüncü evi alıb;

7. Məlahət Qənbərova;

8. Rauf Aslanov – Anarın müşaviri;

9. Şəmsiyyə Camalova – İlqar Fəhminin katibəsi, evi var;

10. Aləmzar Sadıqqızı – ilk dəfə alıb;

11. Narıngül Nadir – evi var;

12. Şəfəq Sahibli – evi var;

13. Südabə Ağabalayeva – “Azərbaycan” jurnalının baş redaktoru;

14. Elçin Hüseynbəyli – evi var;

15. Firuz Mustafa – evi var;

16. Vaqif Əlixanlı – evi var;

17. Dəyanət Osmanlı – AYB-dən aldığı ikinci ev;

18. Xanəmir – evi var;

19. Ulucay Akif – evi var;

20. Güləmayıl Murad- evi var;

21. Gülxani Pənah – evi var.

Check Also

Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və …