Cümə axşamı , 6 Fevral 2025
Drone Cameras

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib. SİA-nın məlumatına görə, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

Check Also

“MƏHKƏMƏYƏ VERSİNLƏR…” – Nazir saxta qəbul qalmaqalına görə UNEC-in diplom ala bilməyən məzunlarına mersaj verdi

Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına …