Cümə , 12 Avqust 2022
Home » Biznes » Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib.

Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur. Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.

MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrüfat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.

Check Also

Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada 40 il əvvəl baş tutmayan sərginin açılışı olub

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. …