Cümə , 12 Avqust 2022
Home » Xarici siyasət » APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb.

“APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, – APPG bildirib.

Qeyd edək ki, APPG Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələri təşviq etmək məqsədilə yaradılıb.

Check Also

Prezident: “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur”

“Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma …