Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Mədəniyyət » Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bu barədə Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər”.

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.

Check Also

Peru mətbuatı: Dünyada ilk xalça muzeyinin əsası Bakıda qoyulub

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri …