Çərşənbə axşamı , 2 Mart 2021
Home » Cəmiyyət » “ASAN xidmət”dən şəhid ailələri və qazilər üçün xüsusi xidmət

“ASAN xidmət”dən şəhid ailələri və qazilər üçün xüsusi xidmət

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib.

Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər.

Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bir ay ərzində bu istiqamətdə 101 yaralananın və 135 şəhid ailəsi üzvünün ümumilikdə 236 müraciəti təmin edilib.

“ASAN xidmət” kollektivi ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.

Check Also

Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub

Martın 1-də Milli Məclisin Gənclər və idman komitəsində bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və …