Home » Siyasət » ATƏT-in Minsk qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb – Hikmət Hacıyev

ATƏT-in Minsk qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb – Hikmət Hacıyev

Biz imitasiya xatirinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etmək niyyətində deyilik.

Boyukmillet.com xəbər verir ki, Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb: “Minsk qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxsş hesab etmək olmaz. Status-kvonun saxlanılması təhlükəlidir və status-kvo dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün isə işğal faktı aradan qaldırılmalıdır. Ona görə də Minsk qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır.

Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşmanın aparılması danışıqlar mahiyyətini darmadağın edir: “Bütün bunlara kompleks qiymət verilməlidir. Azərbaycan ictimaiyyəti buna qiymət verilməsini gözləyir. ATƏT-in Minsk qrupu öz mandatarına əsasən konkret mövqe ortaya qoymalıdır. Onların əsas mahiyyəti işğal faktını aradan qaldırmaqdır. Atəşkəs ona görə elan edildi ki, işğal faktı aradan qaldırılsın.

Azərbaycan predmentli danışıqların tərəfdarıdır. Nə zaman kı, münaqişə ilə bağlı danışıqlar olur, Ermənistan tərəfi siyasi və hərbi təxribatlara əl atır. Danışıqların irəli aparılması üçün Azərbaycan tərəfi bütün imkanları yaradır. Bunun müqabilində isə biz Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını, hərbi təxribatını, Ermənistan rəhbərliyinin gülünc açıqlamalarını görürük. Bütün bunlara qiymət verilməlidir”.

Check Also

İSBAM sədri Qırğızıstan səfiri ilə görüşüb

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  Qırğızıstanın ölkəmizdəki səfiri Muhamməd İsıroviç …