Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

ATƏT Parlament Assambleyası Cənubi Qafqazda sülh təşəbbüslərini dəstəkləməyə hazırdır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyası (PA) regional sabitliyə, etimadın gücləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bu barədə ATƏT PA-dan məlumat verilib.

Təşkilatdan qeyd ediblər ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrasa rəsmi Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır. Eyni zamanda, hər iki tərəfin dialoqa və barışıq prosesinə sadiqliyini yüksək qiymətləndirir.

L.Qrasa hər iki ölkəni bu impulsu inkişaf etdirməyə və konstruktiv işi dərinləşdirməyə çağırıb: “Bu irəliləyiş regionda davamlı sabitlik və sülhə doğru mühüm addımdır”.

Check Also

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Boyukmillet.com xəbər verir …