Cümə , 12 Dekabr 2025
Drone Cameras

Avropa Birliyi Türkiyəyə yangınsöndürmə təyyarələri göndərəcək

Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.

Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir.

AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.

Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, “Daha çox kömək etməyə hazırıq”, – deyib.

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …