Şənbə , 2 İyul 2022
Home » İdman » Avropa çempionatı: Azərbaycan güləşçiləri turniri 9 medalla başa vurub  

Avropa çempionatı: Azərbaycan güləşçiləri turniri 9 medalla başa vurub  

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Azərbaycan yığması Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub

Check Also

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, qitə …