Çərşənbə , 25 May 2022
Home » İdman » Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb.

Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçuları ACF-nin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və cüdosevərlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurublar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

Check Also

Azərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb. Boyukmillet.com xəbər …