Bazar , 6 Dekabr 2020
Home » İqtisadiyyat » Avropada yeni məhdudiyyətlərin tətbiqi neft tələbini azalda bilər

Avropada yeni məhdudiyyətlərin tətbiqi neft tələbini azalda bilər

“Avropada antivirus təcridetmənin yenidən bərpası, yəqin ki, qlobal neft tələbatı proqnozunda azalmaya səbəb olacaq”.

“Boyukmillet.com” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) sözçüsü deyib.

IEA-nın enerji bazarları və təhlükəsizliyi direktoru Keysuke Sadamori bildirib ki, bununla belə bu dəfə göstəricilər ilin əvvəlindəki məhdudiyyətlərlə müqayisədə daha az olacaq: “Avropa qitəsinin əksəriyyəti blokadadadır ki, bunun da mənfi təsirləri olacaq. Ancaq bu dəfə məktəblər və bəzi mağazalar açıq qalacaq”

Neft qiymətləri ilin əvvəlindəki kəskin enişdən sonra 40 ABŞ dolları/barelə çatıb, ancaq tələb üzərindəki qorxular hələ də davam edir. Eyni zamanda ABŞ-dakı seçkilərin nəticələri ilə əlaqədar hüquqi ziddiyyətlər fonunda bazarlar hər an çökə bilər.

“Xüsusilə ABŞ-da neft və qaz sənayesi bu seçkiləri böyük maraqla izləyir. Demokratlar enerjini radikal şəkildə aşağı karbonlu bir sektora köklü bir şəkildə keçirməyi planlaşdırsa da, Senat Respublikaçıların əlində qalsa, bu qanunun qəbul edilməsində əngəllər yaranacaq”, – deyə K.Sadamori vurğulayıb.

Qeyd edək ki, Almaniya, Fransa və İngiltərə də daxil olmaqla böyük Avropa ölkələrinin IEA-nın 14 oktyabr tarixli aylıq hesabatından əvvəl virusun yayılmasının qarşısını almaq üçün yeni sərt səyahət məhdudiyyətləri tətbiq etməsinə baxmayaraq, qurum bu il və gələn il üzrə neft tələbi ilə bağlı proqnozunu qoruyub.

“Hazırda Çin ilin əvvəlində pandemiyanın yayılmasının qarşısının alınmasından sonra mühüm “parlaq nöqtə” olmağa davam edir və illik neft tələbini artıran tək böyük iqtisadiyyat olma yolunda irəliləyir. Neft məhsullarına olan tələb qeyri-müəyyən mənzərə təqdim edir: aviasiya kerosini və kerosinə tələb hələdə az olsa da, dizel yanacağı, mazut və benzinin göstəriciləri yaxşılaşıb”, – deyə K.Sadamori deyib.

Check Also

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al …