Bazar ertəsi , 25 Yanvar 2021
Home » köşə » Aydın Canıyev yazır: Vətən dadında Qələbə və yaxud 44 günə sığdırılmış 220 illik problemin həllinə sərf olunan 17 il! YAZI…

Aydın Canıyev yazır: Vətən dadında Qələbə və yaxud 44 günə sığdırılmış 220 illik problemin həllinə sərf olunan 17 il! YAZI…

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda rəşadət göstərərək işğal altında olan torpaqlarımızı azad edərkən həlak olmuş şəhidlərin ruhuna və müzəffər qazilərimizin şərəfinə ithaf olunur!ZƏRURİ İZAHAT: Mənim üçün öncə Azərbaycandır – istənilən kimsəylə şəxsi və milli-etnik zəmində münasibət yalnız doğma Azərbaycanın maraqlarından sonra önəm kəsb edir. Odur ki, yazını (hövsələ və edib axıracan oxuyan olsa!) təhlilə, nəticəyə, analizə, tövsifə cəhd edən hər kəsdən öncədən xahiş edirəm ki, bu nüansı nəzərə alsın!Beləliklə…27 sentyabr 2020-ci ilə qədərki… əvvəlki 27 və sonrakı 17 il!… Adını antiterror, yaxud da iğşal altında olan torpaqları azadetmə, ya da ermənilərə qarşı əks-hücum əməliyyatı qoysaq da, fakt odur ki, bu, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün… gözlənilməz bir cəsarət idi!

Nəticəsindən asılı olmayaraq! Özü də son 220 ildə İLK DƏFƏ uğurla sonuclanan – belə cəhd ən azı 1992-ci ilin iyununda və 2016-cı ilin aprelində olmuşdu! Bu gündən, eləcə də döyüşlər başlanan və davam edən günlərdən baxanda da artıq bəlliydi: Uzun Həsən, Şah İsmayıl Xətai və Nadir şahdan sonra dördüncü SƏRKƏRDƏ olmaq şansı İlham Əliyevin üzünə gülür! Və İlham Əliyev o şansı qaçırmadı! Ümumiyyətlə, İlham Əliyev bütün ömrüboyu heç bir şansını qaçırmayıb, istisna 10 noyabr gecəsidir 2020-ci ildə! Tələsmədən 27 sentyabra gələk!Əvvəla, əks-hücumun gözlənilməzliyi nədəydi, onu deyək: məlum “Aprel döyüşləri”ndən sonra… istənilən demokratik ölkədə Ali Baş Komandanı (eyni zamanda Prezidenti) və müdafiə nazirliyinin rəhbər heyətini tam şəkildə istefaya göndərərdilər – adətən, demokratik ölkələrdə özləri gedir, yarıdemokratikdə göndərirlər! Azərbaycan kimi ölkədə isə… İlham Əliyev nəinki istefaya getdi, əksinə, sübut etdi ki, bircə təpəni və bircə kəndi düşməndən geri almaqla BÖYÜK VƏ TARİXİ QƏLƏBƏNİN TƏMƏLİNİ qoymaq olar!Lələtəpə və ümumiyyətlə “Aprel döyüşləri”ndə verilən kifayət qədər artıq qurbanlar bu dəfə kompensasiya olundu: az itki ilə maksimum nəticə!27 sentyabra qədər bu Azərbaycan rəhbərliyi və Azərbacan dövləti həm daxili müxalifət, həm də beynəlxalq bədxahlarımız tərəfindən demokratiya pərdəsi altında təhdid edilir, əsas diqqət məhz bu amillərə yönləndirilirdi ki, Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi elə danışıqlar masasında “ötür-ötür” halında, donmuş vəziyyətdə qalsın!Faktiki də nə Azərbaycanın dövlət başçısına, nə Azərbaycan Xalqına, nə də Azərbaycan Ordusuna şans tanınırdı ki, nəfəs alsın!Beynəlxalq monstrların daxildəki əlaltıları vasitəsiylə demokratik dəyərlər dəstavuz edilməklə, kifayət qədər gücümüzü-enerjimizi, bir çox hallarda isə milli təbii və maddi sərvətlərimizi zəli kimi sovurmaqdaydılar!

Dəfələrlə, – uzun illər ərzində və hər il ən azı iki dəfə olmaqla, – yazmışam: Azərbaycana bu an demokratiya lazım deyil! Yalnız döyüş!Təbii ki, Azərbaycan Ordusunun əsgəri döyüşmürdü və epizodik kadrlarda “vur, komandir, vur” yanğısını atəşkəs pozulanda bəyan edirdi, Mübariz İbrahimov kimi qəhrəmanlar istisnalıq təşkil etməklə dünyadakı və qonşuluğumuzdakı bədxahların “dur, komandir, dur” hədəsi öz işini görürdü!Biz – jurnalistimizdən hərbi ekspertimizə qədər, başda zabit və əsgər heyəti olmaqla… bilmirdik ki, Ali Baş Komandan, Ordu nə işlə məşğuldur, neyləmək istəyir, nə edəcək!Odur ki, ümidini xalqın haçansa ayağa qalxacağına bağlayanlar təsəlli yazıları, bəyanatları səsləndirirdilər ki… inşaallah, biz qalib gələcəyik! Amma kimsə bunun hərbi-iqtisadi-siyasi güc hesabına olacağını belə təxmin etmirdi!Ara-sıra iqtidar yazarları tərəfindən dövriyyəyə buraxılan “Azərbaycanın güclü ordusu var” fraza olaraq ikrah doğururdu: Paşinyan “Yallı” gedirdi, hər gün, hər həftə, hər ay atəşkəs rejimi pozulurdu, kasıbların çəlimsiz balaları çovuyan güllənin qurbanı olurdular, biz isə, sadəcə, “düşməni cavab atəşi ilə susdururduq!”, mifik-mücərrəd “Lazım gələrsə…” eyhamıyla ehtimallar yürüdürdük!Faktiki İlham Əliyev Prezident kimi bütün etimadı itirmiş sayılır, artıq bədxahlar onu diktator, korrupsioner, hakimiyyətini məmur-oliqarx bandası saymaqla və təqdim etməklə həm öz xalqına, həm də dünyaya o obrazda yedirtməklə-yeritməklə məqsədə çatmaq üzrəydi: özümüz özümüzə lağ edirdik: “Yevlaxdan o yana gedə bilmir…”, “Biləcəridən o yana tanımırlar…

”Bu gün, gecənin bu vaxtı bu sətirləri yazmaq haqqını özümdə son 27 ildə saxlamışam – dostlardan birinin ilk qələbə soragını alarkən mənə yazdığı mesaj dediyimin təsdiqidir: “hamını bir dəfə öpürəm, səni iki dəfə, çünki sən nə qədər sərt tənqid etsən də, həmişə inanırdın və “İlham Əliyevə elə belə baxmayın, şah oğlu şahdır, neylədiyini bilir” deyirdin!”Hə, doğru saxlayıb yadında əziz dostum: mən həm də onu deyirdim ki, korrupsiya, monopoliya, oliqarx məmurlar, demokratik dəyərlərə barmaqarası baxma, bunlar önəmli deyil, önəmli Heydər Əliyevin Azərbaycanı sevməsi, əldə etməsi və Azərbaycanın maraqlarını beynəlxalq səviyyədə ayağa verməməsidir, bu, yetərlidir! Oğlu ondan geri qalan deyil – əgər Qarabağı geri ala bilməsə də, təslimçilik aktına imza atmaz!Heydər Əliyev yoxsul və tar-mar, 27 ölkənin əks-kəşfiyyatının agentura şəbəkəsinə satılan “milli” müxalifət liderləri qarışıq hamısıyla, o cümlədən, dünyayla savaşda…

ölənəcən qorudu Azərbaycanı! Və… məhz bu gündən baxanda… 17 il sonra biz etiraf etməli olduq ki, doğru edib hakimiyyəti oğluna ötürüb: Onun təməlini qoyduğu planları NECƏ VƏ NƏ CÜR, KİMLƏRLƏ, HANSI ŞƏRTLƏR DAXİLİNDƏ sona ərdirməyi yalnız oğluna boyun ola bilərdi və yalnız əmin olduğu oğlu O-nun dediyini qənirsiz yerinə yetirəcəkdi!Heydər Əliyev 27 il qabaq bir dəfə, 17 il qabaq da bir dəfə Azərbaycan qarşısında borcundan şərəflə çıxdı!Biz də öz vətəndaşlıq borcumuzdan şərəflə çıxdıq: demokratik dəyərlər uğrunda vuruşduq, tutulduq, döyüldük, məhrum edildik hər şeydən, hər yerdən: diktatordan tutmuş plebeyə qədər yazdıq, seçki saxtakarlığını dünya ilə bir elədik, ağlımıza-ağzımıza gələni dedik də, yazdıq da!Heydər Əliyev də, İlham Əliyev də neylədiyini bilirdi, biz bilməsək də, biz də bildiyimizi edirdik, bilməsək də!Amma hər kəsin borcudur ki, BƏŞƏRİ DƏYƏRLƏR və VƏTƏNİN XOŞBƏXTLİYİ UĞRUNDA vuruşsun: hər kəs doğru bildiyi və eyni zamanda, DOĞRU YOLLA!Heydər Əliyev və İlham Əliyev o doğru yola ƏYRİ YOLLA – SİYASƏTLƏ gəldilər, biz doğru yolla – DEMOKRATİYA ilə gəldiyimizi zənn etdik: məlum oldu ki, biz doğru yolun özünün nə olduğunu bilmirik!Biz ilk gündən istəyirdik Ramiz Mehdiyev, Əli İnsanov, Ziya Məmmədov, Səfərbala Əbiyev, Nəcməddin Sadıkov və başqaları olmasın, amma İlham Əliyev dədəsindən də 15 il sonra məsləhət bildi!Mən özünü ağıllı aparıb “ölkəyə, xalqa bu boyda ziyan dəyəndən sonra” deyənlərə sadə bir misalla cavab vermək istəyirəm: Əbülfəz Elçibəy gələn kimi rus qoşunlarını çıxartdı, torpaqların işğalda qalma müddəti 3 ildən qalxdı oldu 30 il, 30 min şəhid getdi, 3 milyardın 300 misli maddi ziyan dəydi! Xalqını, Vətənini, Dövlətini sevən qərarı… VAXTINDA verməyi bacarmalıdır!İstənilən halda, biz 27 sentyabra MÜƏMMALI VƏ MÜCƏRRƏD QƏLƏBƏ istəyi ilə çatdıq: amma əzgin, amma sınmış, amma darmadağın, amma təhdidlər altında, amma az qala rüsvayçı şəkildə etirafla ki, “nə qədər rus var, fars var… getdi o torpaqlar”, – düşüncəsiylə – heç kim gopa basmasın, əlli dəfə o təfəkkürlü “adamları” (agentləri, “ekspertləri”, “analitikləri”, “şərhçiləri”), politoloqları (“politlox”ları, “polutolik”ləri) qəsd edib yazmışam, demişəm, həə, nə olsun rus var, fars var, titrəyək?Əslndə, 27 sentyabracan İlham Əliyev qalib hazırlığıyla-bazasıyla gəlmişdi: bu boyda informasiya mənbələri, agentura şəbəkəsi olduğu halda, düşməni – ermənini (erməninin timsalında rusu və farsı) qəşəng aldada, yuxuya verə bildi! Hərbi sirrin saxlanması, gizlədilməsi özü də qələbənin ilkin şərtidir!Biz elə bilirdik ki (əslində də görüntüdə eləydi), İlham Əliyev Ərdoğanla, İsraillə, Ukraynayla, Böyük Britaniyayla elə-belə “brat”lıq edir, V.V.Putinə böyük xərac qarşılığında “qardaş” dedizdirir, özünün offşor hesablarını, biznes şəbəkəsini qurur, Azərbaycan vecinə deyil!27 sentyabr Prezident kimi haqqında bizim haqlı düşündüyümüz qədər də HAQSIZ düşündüyümüzü üzə çıxartdı: bu baxımdan, Ali Baş Komandan olaraq, qarşısında utanmaq borcumuz var!Həqiqətən, İlham Əliyev Azərbaycana HANSI İlham Əliyevin lazım olduğunu hamıdan yaxşı dərk etdiyindən Prezident İlham Əliyevi “rasxod”a verdi bu 17 ildə!Azərbaycana ALİ BAŞ KOMANDAN lazım idi!Dünyaya Prezident ailəsində Prezident kimi gəlsə də, 27 sentyabrda Azərbaycana və dünyaya Ali Baş Komandan kimi qeydiyyata alındı: bu ranqda doğulmaq üçün O, “Aprel döyüşləri”ndə dünya müharibə tarixinin bətninə düşmüşdü!Biz isə… 27 sentyabra Rusiyanın, İranın, Qərbin, erməni lobbisinin, sorosbalaların təhdidi, qorxusu, hədəsi ilə aciz və miskin gökəmdə gəlmişdik – biz o görkəmdə olmasaq da, bizi o görkəmdə gəlib çatmaqda Heydər Əliyev, ya da İlham Əliyev gətirib çıxarsa da, hər halda, eləydi! Bizim səbr kasamız şəhid qanlarıyla daşırdı, bizim gözümüz torpaq həsrətiylə qapanırdı, bizim qürurumuz aciz durumumuzla tapdanırdı, hərçənd içimizdəki vulkanik gücə əmin idik! 27 sentyabr -10 oktyabr – faciə niyə zəfərə mane ola bilmədi?Təxminən 20 il qabaq bir, 2 il qabaq da bir təkrar yazmışam, bəyan etmişəm: Azərbaycanda təkcə Rusiya xüsusi xidmət orqanlarının 80 min agenti var! Məni bu bəyanatda bulunduğum hər yerdə şərh yerində söyüblər – “Ettelaat”lı, “Sepah”lı, FETÖ-lu, vəhabili… tülüngülər: bu gün üzə çıxır o rus bayrağıyla Ağdamı, Kəlbəcəri qutlayan düdəmələr!!!Döyüşlər başlayandan və ilk qələbələr qazanılandan az sonra qardaş və dost ölkələrin operativ-əməliyyat məlumatları-dəstəyi sayəsində… birbaşa Ermənistana, Rusiyaya, Fransaya, İrana ən məxfi toplantılardan məlumat ötürən şəbəkənin emissarları zərərsizləşdirildi: generalitetin və iqtidarın iribuynuzlu məmurlarının təxminən 70 faizi!!!Dəfələrlə yazılarımda vurğulamışam: bu ölkədə ən narahat və qorxu içində olan bir nəfər varsa, o da İlham Əliyevdir! İstəyən olsa, fb səhifəmdə axtarıb tapa bilər – təfsilatına varmıram!Yalnız bircə faktı deyim: müharibənin ilk 10 günündən sonra məlum oldu ki, İlham Əliyev… təkdir! Arxasında Mais Bərxudarov və Hikmət Mirzəyevdən başqa (təbii ki, onların da tabeçiliyində olan sədaqətli və vətənpərvər əsgər-komandir heyəti), kimsə yox! Danışmağa təkcə Hikmət Hacıyevə etibar etmək olar!İlham Əliyevin bir üstünlüyü də onda oldu ki, döyüşlər gedərkən xəyanətkarlardan heç kimi xəyanətkar adıyla mühakiməyə vermədi, faş etmədi, ictimailəşdirmədi! Xalqın onsuz da beyninə yeridilmiş, otuzdurulmuş, çökdürülümüş “xalqın balalarını qurban verəcəklər, yenə satqınlar işini görəcək” təfriqəsinə imkan vermədi!Qələbələrə – böyük qələbələrə də məhz oktyabrın 10-dan sonra yol açıldı!

O dərəcəyəcən, o sürətlə ki, VVP yalnız Şuşa alınandan sonra müdaxilə edə bildi!Çox istərdim ki, qaza gəlib Rusiyaya neytron bombası atanlar sayın Rəcəb Tayyib Ərdoğanın, Hülusi Akarın, Mövlud Çavuşoğlunun, Dövlət Baxçalının çıxışlarına bir də və yenidən baxsınlar: “… tapşırılıb ki, hər an İlham Əliyevin yanında olaq!”Və təəssüflər olsun ki, rəşadətli və müzəffər orduya sahib olmaq üçün oğullar doğan, böyüdən, döyüşə göndərən analarla yanaşı, rusa, farsa, erməniyə tulalıq etmək üçün də küçükləyən qancıqlar var bu ölkədə!Və… oktyabrın ortalarında mən anladım (başqaları anlamayıbsa, məni anladığım üçün bağışlasınlar) ki, general Polad Həşimovun şəhid olmasından sonra vətənpərvərlik nümayiş etdirərək orduya döyüşmək üçün könüllü yazılanlar haqqında İlham Əliyev niyə efirdən “heç yüz nəfər könüllü gəlməyib komissarlıqlara” deyib, sonra da yüz minlik izdihama meydan verdi!Döyüş əməliyyatları və əməliyyat planının hazırlanmasına dəyəri dünyanın hərbi komandanlığının rəhbərliyi və mütəxəssisləri dəyər verib, bu barədə təkrar xatırlatmağın yeri yoxdur, deyəcəyim sadəcə bu ki: sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması tək bir o səbəbdən idi ki, düşmən xaker hücumuyla dövlət qurumlarındakı rabitəni dağıtmasın! Gələcəkdə dövlətin məhdudlaşdırmalarına ağız-burun əyəndə, evdə boşbaşbişirən, küftəbükən əhli-əyalınızla məsləhətləşməkdənsə, bu sahənin mütəxəssislərindən soruşun və nəzərə alın ki… döyüş gedən zamanda… olmaz! Sadəcə, olmaz!

Əslində, “blitskriq alınmadı” deyə özlərinə təsəlli verən, guya da məğlubiyyətlərinə don geyindirən ermənilər və havadarları dolayısıyla bizə bir daha İlham Əliyevin bu son savaşda bizimlə bir olduğunu, bizi düşündüyünü təsdiqləyirlər!Bu müharibə daha tez bitəsiydi, itkimiz lap az olacaqdı, amma və lakin… ABK özü etiraf etdi: “bəzi istiqamətlərdə yubanmalar var!”Allah bizə bir daha müharibə qismət etməsin, şəxsən mən nə Birinci, nə də İkinci Qarabağ savaşında döyüşçü olmasam da bəlli səbəblərdən, hər an mümkün olduğu və icazə verildiyi qədər əsgərlərimizlə-döyüşçülərimizlə yaxın olmuşam bu və ya digər şəkildə, kifayət qədər yaxnlarım qazidir, şəhiddir!İlham Əliyevə həm də bu müharibədəki taktika və strategiyasına görə minnətdar olmaq lazımdır ki, gələcək Azərbaycan üçün savaş açmağa ehtiyac saxlamadı!Ağzını köndələn qoyanlara konkret misallarla sübut edim, razılaşmayan Kəlbəcər İstisuyuna gedib içə bilər, başı aynasın başa düşsün: ƏGƏR hətta Rusiya sülhməramlılarının dəstəyi ilə belə 50 min və ya ondan bir az artıq erməni qalarsa belə, bu yenə də qələbəmizə və uğurumuza kölgə sala bilməz! Niyə? Hələ də cavabını bilmirsiniz?Ermənilər 200 min azərbaycanlını dədə-baba torpaqlarından döyüşüb çıxartdılar?

200 min Qərbi Azərbaycanlı necə torpaqlarından çıxarılıbsa, 1 milyon erməni 200 ilə necə yerləşdirilibsə əzəli Azərbaycan torpaqlarına, elə də siz çıxarın 50 (və ya ondan artığını) min ermənini Azərbaycan Respublikasının ərazisindən və əzəli torpaqlardan!Tək mümkün deyil? Onda müttəfiqinizi tapın!O ki qaldı rus sülhməramlılarının qəfil gecəylə soxulmağına, analarınız bir də Əbülfəz Elçibəy doğsun, bir də İsgəndər Həmidov doğsun!Torpaqları qaytarmaq nə qədər mümkünsüz və çətindirsə, elə vətənpərvər oğlanları dünyaya gətirmək də çətindir!Ümid edək növbəti “Elçibəy” doğulacaq və rus qoşunlarını bir fərmanla çıxaracaq, amma o “Elçibəy” bu Elçibəydən həm də onunla fərqlənəcək ki, İlham Əliyevin qaytardığı torpaqlar yerində qalacaq! Qaçqın, məcburi köçkün olmayacaq! Milli-vətənpərvərlik çadır şəhərcikləri ilə rövnəqlənməyəcək, hakimiyyətə rusun generalı gəlməyəcək, yunsatanın qabağından qaçılmayacaq! “Qardaş qanı tökülməsin” bəhanə olmayacaq – bu dövlətin təhlükəsi üçün addım atan hər bir kəs nəinki qardaş deyil, oğraşın oğraşıdır, yerində, məhkəməsiz və istintaqsız güllələnməlidir, sorğu-sualı da aparılmadan!Heydər Əliyevdən bunu öyrənmək lazım idi! Öyrənmək lazım idi ki, xalqın etimad göstərdiyi hakimiyyəti yunsatana qoyub getmək lazım olmasın!Uduzanı hamı qapazlayır! Və unutmaq lazım deyil ki…27 il öz aralarında birləşə bilməyən, birləşə bilməyən bir cəbhənin adamları atalı-balalı ağzına və ağıllarına gələni dedilər: biri “getsin qumarını oynasın” dedi, biri pul atdı, mandat atdı, biri… qılıncının altından keçdi, bəzi yazıçılarımız prezident təqaüdünü Anardan alıb, müddəti bitəndən sonra Anara despot dediyi kimi, aldığı mandatın da vaxtı bitəndə başladı İlham Əliyevə diktator deyib, xalqın lideri olmaq eşqini dombaltmağa!Nə gözləyirdiniz haqqınızda desin? 17 il təhdid altında saxladığınız İlham Əliyevdir e – inanmırdınız torpaqları qaytaracaq, mümkün saymırdınız, mümkün də deyildi! İnanmırdınız Ramizin, Nəcməddinin, Əlinin, Kəmaləddinin, Rövnəqin öhdəsindən gələcək, inanmırdınız VVP imkan verəcək ki, iti qovan kimi qovsun… ermənini!Udub və… danışır!Doğru danışsa da, düz eləmir – eyforiyadadır! Kayf alır!O boyda Kəlbəcəri güllə belə atmadan alıb!Laçını da həmçinin!Agdamı da!O boyda Şuşanı bıçaqla alıb, əlbəyaxa döyüşlə alıb – dünya heyrandır!Xankəndi qalıb? Xocavənd qalıb? Xocalı qalıb? Əsgəran qalıb?Xocalının və ümumilikdə türkün qisası alınıb ermənidən də, havadarından da! Bu, heç! Qalan torpaqları döyüşmədən almaq lazımdır – necə,, nə yolla dedim: bacar, sübut elə! Erməni sənin torpağına hücum edib qovmuşdu, sən öz torpağından hücumsuz qov – bu, artıq sənin boynunun borcudur! İlham Əliyev bunu və belə bacardı və xəbərdar da edib: “nə qədər ki, mən prezidentəm…”Artığını istəyirsənsə… Ərdoğanı, İmran xanı, Zelenskini, UK-nın Baş nazirini və BP-nin prezidentini, İsrailin Baş nazirini çağır, xahiş elə, Rusiya əleyhinə “poker” oynasınlar! Görün, razidirlarmı onlar… 220 illik problemi 44 günə həll edəndən sonra bundan artığına?Əsəbləşmədən, vicdanla etiraf edək: bu müharibə bütün mənalarda XALQ VƏ DÖVLƏT OLARAQ, bizim möhtəşəm qələbəmizdir!Bu müharibə müxalif qüvvələrin sanbalını-çəkisini, təfəkkürünü, milliliyini çox gözəl ortaya qoydu: tam topasıyla “yanındayıq” deyənlər bir yana (sabah nəticə xeyrə olmazdısa, cəhənnəmə gedəcək yoldaşlarının adını indidən bilsinlər deyə), ikilikdə bəyan edənlər bir yana, fərdi şəkildə həm döyüşçülərin, həm də ABK-nın yolundan olduğunu bəyan edənlər bir yana.Ciddi və milli tarixçilər haçansa bu 44 gündə siyasi müxalifət liderlərinin fəaliyyərini analiz etsə, qələmə alsa, bütün döyüş zamanı təkcə İqbal Ağazadənin həm efirlərdə, saytlarda, qəzetlərdə çıxışını görər, həm də əsgər və zabitlərin yanında!İlk olaraq da, 10 noyabr anlaşmasına ən doğru və ən sərt mövqe nümayiş etdirənin İqbal Ağazadə, Vaqif Hacıbəyli olduğunu, Hacıbaba Əzimovun isə ayrıca və rəsmi bəyanatla etirazını görəcək! Hər üçü, sonradan Osman Kazımovun da açıqlamaları daxil olmaqla DÖVLƏTÇİLİK BAXIMINDAN, qələbəyə kölgə salmadan, fürsətcillik etmədən, ehtimal və real olan təhlükələri bəyan etmələri tarix üçün şahidlik edəcək!Firqə və qrup marağından çıxış edən, İlham Əliyevə yaranmış fürsətdən istifadə edib təzədən zor nümayişinə qalxanlar isə partiya üzvlərinin döyüşlərdə şəhid və qazi olmaqlarını qaxınc etməklə bir daha siyasi alverdə tərəf olmaqlarını nümayiş etdirdilər!

Halbuki o şəhidlər və qazilər vətən deyib getmişdilər döyüşə! Klintonla, ATA-BALA Buşla, Avropayla, Amerikayla, VVP ilə, RTE ilə alver yapan İlham Əliyevin “avantürist melkaşka”lardan xoşu gəlmir, Makronu hərləməyən Əlahəzrət “milli liqanın menecmentləri” ilə alver yapmaz – kimin “maklerləri” olsalar da: “gedin böyüyünüz gəlsin”, – sevimli ifadəsi deyilmi? O əvvəllər idi Ramiz, Əli və b. qazan qaynadırdı fazillik üçün, indi o qüdrət kimsədə yox! Bu müharibə dünyaya Azərbaycan analarının, qızlarının, oğullarının, əsgərlərinin, zabitlərinin 19 üstün bəşəri keyfiyyətini bəyan etdi:Bu müharibədə canlı olaraq nələr gördük?

1. Öz oğlunun tabutu qabağında oynayan ana.

2. Öz nişanlısının ölümündən sonra intiar edən qız.

3. Öz ərinin cənazəsini çiynində daşıyan qadın.

4. Öz qızının bağırsaqlarını yerdən yığan ata.

5. Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.

6. Əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyən qəhrəman.

7. Ürəyində qəlpə ola -ola canım qurban bu vətənə deyən əsgər.

8. Əsgərinə bu mənim qardaşımdır deyən General.

9. Öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana.

10. Can verəndə qızım üçün darıxıram deyən əsgər.

11. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.

12. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.

13. Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.

14. Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər.

15. Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb #PoladHəşimovun qisasın alan əsgər.

16. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi.

17. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və “südüm sənə halal olsun oğul” deyən ana.

18. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.

19. Döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçıləri ilə dalaşan oğullar.

20. Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.

21. Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.

22. Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susdurmağı bacaran ölkə başçısı.

23. ………….. Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək, qardaş olan ölkələr.Bəli, razılaşaq: biz milli birliyin təsdiqini İlham Əliyevdən gözləyərkən, qəfil belə çıxışlar edir, doğru dedikləriylə yanaşı, düz etməyib dedikləri də olur! Bəzən adamın yadına vaxtilə Brejnevin Bakıdakı çıxışını düşür: “İzvinite, mne podsunuli!”

Ola bilər, kimsə o mətnlə-o tezislərlə çıxışı məsləhət bilib, “a mojet i podsunuli”?!Axı, O bizim qalib ABK-mızdır!Üstünü vurmayaq, görək ardı nə olur, bəlkə bir bildiyi var?! Onsuz da tutduqlarını da üç-beş ilə buraxır! Təki Azərbaycan bütöv olsun! Həm də hesab etməyək və İlham Əliyevin də nəzərinə ən yaxın dostları vasitəsiylə çatdıraq ki, bu qələbəylə hər şey əldə etdiyini zənn etməsin: hakimiyyətinin və özünün həyati təhlükəsizliyini, təminatlı gələcəyini və s.Siz hansı saytları, hansı yazıları izləyirsiniz, hansı kanallarda kimlərə qulaq asırsınız, bilmirəm, amma mən bu yaxınlarda bir rus politoloqun çıxışına rast gəldim! Bilirsiniz nə deyir?“Ərdoğandan öyrənmək lazımdılr! O artıq dünya liderinə çevrilir və məcbur edir ki, onunla hesablaşsınlar və hesablaşırlar da! Doğrudur, bu belə çox davam edə bilməz, onu, ola bilsin ki, lap güllələsinlər və… əlbəttə ki vurarlar! Ancaq onun yeritdiyi xətt yaşayacaq!”Sizə elə gəlmirmi Ərdoğanın həm Suriyada, həm də Azərbaycanda arxasında durduğu qələbələrin miqyası və əzəməti çox narahatedicidir bədxahlarımız üçün?

Nəzərə almırsınız ki, İlham Əliyevin fiziki aradan götürülməsi planda ola bilər? Unutmusunuz ki, Azərbaycanın torpaqlarını işğal edən Ter-Petrosyan devrildi, torpaqları işğal olunan Azərbaycanda prezident Heydər Əliyev ikinci dəfə 96 faiz səslə yenidən prezident seçildi – onu hakimiyyətə gətirənləri məhv etsə də belə, 1 milyon qaçqın olsa da belə? Bəlkə düşünəndə öz başımızla yox, tarixi olaylarla da düşünək?Əbülfəz Elçibəyin, Tofiq Qasımovun, İsgəndər Həmidovun adı-ruhu, Pənah Hüseynin savadı üçün narahat olmağa dəyməz! İsa Qəmbəri təbriki edərkən mənə dediyi gözəl bir fikrini çatdırım sizlərə: Aydın bəy, 100 il qabaq dövlətçiliymizin təməlini elə qoymuşuq ki, biz bu qələbəyə mütləq nail olacaqdıq!Məmməd Əmin Rəsulzadəni 100 ilə unutdura bilmədi sovet imperiyası!Əbülfəz Elçibəyi, eləcə də başqalarını kim ÜRƏKDƏN VƏ SİDQLƏ sevirsə, yaşadacaq! Əsas odur ki, bu gün ittiham olunanlar TARİXİN SEVİMLİLƏRİDİR!ABK İlham Əliyev özü yorulacaq, özünə çöçün gələcək bir daha keçmişə boylanıb ittiham etmək! Heç ona da xoş deyil – heç özü də bilmir ki, İlham Əliyev 2020-ci ilin 27 sentyabrında dünyaya gəlib. Hələ yaşamalı nə qədər ömür var, özü də necə gözəl ömür: qalib Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olmağın ləzzətini hələ özü dada bilmir, bəlkə də əslində heç özü də bilmir nə boyda böyük qələbə qazanıb!Cənab Ali Baş Komandan bu qələbənin və uğurun dadını duyduqca, bunu kimə minnətdar olduğunu özü biləcək və hər şey onda lap gözəl olacaq! Hələ indi Paşinyanı söyür, Sarkisyana, Köçəryana yandı-qındı verir, Qərbin ağzına verir… su, ola bilər, eyforiyaya qapılıb bir-iki yarmaça da bu yana tolazlayıb, fürsətcillik etməyək!Mən əsas olanı dedim: təhlükə sovuşmayıb!

Bizim əlimizdən bizim əlimizlə Elçibəyi necə aldılarsa, bizim əlimizlə bizə 220 illik problemi 44 günə həll edən Ali Baş Komandanımızı da ala bilərlər – düşmən güclüdür!Birlik xatirinə udmaq olar – guya əvvəllər tərifləyirdi ki, indi söyür? Əvvəl söyəndə nə edirdi ki, indi söyəndə nə edəcək?Həm də son olaraq deyim… hesab edək ki, biz hələ Ağdamın, Kəlbəcərin, Laçının hər bir kəndi uğrunda vuruşuruq!Allah sizə kömək olsun, insaf versin, ən balaca rayon Cəbrayıl idi, kəndlərini alıb qurtarmaq olmurdu!Özü də başa düşmürəm e, deyirsiniz Elçibəy yolundayıq, Elçibəyin dediyini də vejinizə almırsınız! Demirdi hər şeyin zamana ehtiyacı var? Özünüzə gələndə dediyi dedikdi, İlham Əliyevə çatanda bu dəqiqə doğ?Gəlin, ciddi şəkildə milli birlik haqqında düşünək – təzəgəlin kimi hər sözdən küsməyək və səngərə cummayaq!Bizə birlik bundan sonra lazımdır! Özü də nə hava, nə su kimi, lap elə Azərbaycanın özünün təhlükəsizliyi kimi lazımdır!Qabaqda tamaşa etmək var e hələ… xəyanət üstündə zərərsizləşdirilən, ev dustaqlığına alınan, erməniyə, rusa, farsa təhlükəsizlik şurasının toplantısından məlumat ötürən nə qədər dümbələk varsa, hamısını tanıyacağıq! Bir yandan, qalib əsgər və zabitlərimizin adlarını biləcəyik bir-bir, q əhrəmanlarımızla tanış olacağıq, döyüş ruhumuzdan dastanlar qoşacağıq, bir yandan da illərlə varımızı, malımızı talayanların qan qusmağından həzz alacağıq!Əmin edirəm ki, İlham Əliyev onların öhdəsindən rahat gələr – o əvvəl idi onu qorxudurdular ki, bax “əsl müxalifət” filankəsdi ha, səni devirəcək, indi… dünya insan haqları təşkilatları mənsub olduqları ölkələriylə belə İlham Əliyevin “haropuna” deyil! Mais Barxudarov, Hikmət Mirzəyev, Hikmət Hacıyev kimi əjdahaları var! Hələ Ərdoğan, hələ İmran Xan, hələ dünyanın digər ranqlı monstrları!Boş verin – Fransa senatı noxudun bir dəfə yeyilmişini yedi, Putin sərəncam imzaladı, ay nə bilim, Bayden ordan Coo deyəcək… A bala, keçmişdən qopun!Oğuz, Selcuq, Qıpçaq ellərində indi havanı Bayraqdar müəyyən edir! At üstündə olan kişiləri topla-tankla yıxıb dədə-baba yurdlarını erməniylə murdarlayanların topunu-tankını dronla vururuq indi! Qorxmaq da lazım deyil – atom bombasını Qafqaza atmaz rus…

İran da İsrailin qorxusundan yeyilmiş noxudu bir də yeyən deyi!Bu ölkədə ən silahsızı mənəm, elə mənim hər bir yazım “Lora”dan beşbetərdi!Laçınlı günlərə doğru!ƏN SONDA deyim ki, dost-lider seçəndə İlham Əliyev kimi olmasa da, ən azından, mənim kimi, Azərbaycan kimi seçməyi bacarın! Onda kimsə sizin dostunuzun-liderinizn adını çəkəmməz! Sevgilər və səcdələrlə… xəbərləri AYDIN və sevinc dolu Azərbaycan naminə yaşayaq və yaşadaq!Oldumu?!YAZIYA SÖZARDI: Rəsmi dövlət səviyyəsində müharibənin nəticələrinin dəyərləndirilməsini bir kənara qoyun, arada İqbal Ağazadə, İlham İsmayıl, Vaqif Hacıbəyli, Osman Kazımov kimi müxalif və müstəqil siyasilərin, İlqar Əlfioğlu, İradə Tuncay, İradə İsaq, İlqar Rəsul, Elçin Alıoğlu kimi müstəqil yazarların tarixi-publisistik ekskurslarını, çıxışlarını izləyin. Məni oxumasanız da olar – bilirəm, az ağlımnan çox iddia edirəm, gərək bağışlayasınız! Hərə vətəni haqqında öz ölçüsündə düşünür!

Check Also

ЛАВРОВ С ЛОГИКОЙ В ЛАДАХ?

В недавней пресс-конференции министра иностранных дел России, господина Лаврова, посвященной итогам прошлого года, на вопрос …