Bazar , 1 Dekabr 2024
Drone Cameras

Azər Qasımlı: “Ölkədən çıxışıma qoyulan qadağa tamamilə əsassızdır”

DİN məsələnin araşdırıldığını deyir

Siyasi Menecment İnstitutunun (SMİ) direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Azər Qasımlı noyabrın 25-də saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

O, şahid qismində dindirilib, ona hazırda araşdırılan bir neçə cinayət işi ilə bağlı suallar verilib.

Qasımlı Meydan TV-yə deyir ki, qadağa ona aidiyyəti olmayan bir cinayət işi ilə bağlı qoyulub, amma daha çox SMİ-nin fəaliyyəti ilə bağlı suallar verilib.

Azər Qasımlı təsisçisi olduğu SMİ ilə bağlı hansısa cinayət işinin də olmadığını deyib.

O bildirib ki, ölkədən çıxışına qoyulan qadağa tamamilə əsassızdır, çünki həmin cinayət işinin ona heç bir aidiyyəti yoxdur.

“Birmənalı olaraq ölkədən çıxışıma qoyulan qadağa tamamilə əsassızdır və ləğv edilməlidir”, – deyə Azər Qasımlı vurğulayıb.

Siyasətçi iltizam aktına qol çəkdiyi üçün işin detallarını açıqlamayıb. Amma bu məsələ ilə bağlı hüquqi addımlar atacağını da istisna etməyib.

Noyabrın 22-də səfərə getmək istəyən Azər Qasımlı ölkədən buraxılmayıb.

Bakı Hava Limanında sərhədçilər ona ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər.

Qadağanı isə Daxili İşlər Nazirliyi (DİN) qoyub.

 Daxili İşlər Nazirliyi məsələni Meydan TV-yə şərh etməyib, hazırda işin araşdırıldığını deyib.

Check Also

Səhv analiz yoxlaması ilə hamilə qadının QİÇS-ə yoluxdurulduğu bildirilir

İddiaya görə, şöbə müdiri analizi tam yoxlamamış sertifikat verib Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində …