Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Hərbi » Azərbaqycan Ordusunun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim keçirilib

Azərbaqycan Ordusunun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

Toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.

Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Check Also

MN: “Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur”

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. Nazirlikdən  daxil …