Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Cəmiyyət » Azərbaycan ağsaqalları milli dəyərimizdir

Azərbaycan ağsaqalları milli dəyərimizdir

Kənd ağsaqqallarının ümidlərini doğruldan İcra nümayəndəsi ilə görüş təəsüratımız .

Qısa tanışlıq
Məmmədov Ələddin Saləddin oğlu 15.05.1984 cü ildə Gəncə şəhərində anadan olmuşam. 1991-ci ildə Gəncə şəhərində 7 saylı orta məktəbin birinci sinifinə getmişəm. 2001-ci ildə həmin məktəbin on birinci sinifini bitirmişəm, 2001-2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin İnzibati İdarəetmə fakültəsində təhsil almışam. 2005–2006-cı illərdə DSX-nin Sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişəm. 2009- 2012-ci illərdə Gəncə şəhəri 9 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini
2012-2013 -cü illərdə Şərqi şirkəti direktor müavini, 2013- 2018-ci Azəristilik Təchizat ASC-NİN Gəncə – Göygöl idarələrində Baş mühəndis rəis vəzifələri 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universiteti Hüquq fakültəsi,
2018- 2020-ci illərdə Aymar Group MMC-NİN təsisçisi və direktoru, 2021 – 2022-ci illərdə Yasamal Rayon Bələdiyyəsi Baş mütəxəssis,
2022-ci ildən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Mollacəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Yeni Azərbaycan partiyasının üzvü

Qısa tanıtmada həyat fəaliyyəti ilə tanış olarkən eşitdiklərimizə təəcüblənmədik.
Peşəkar kadrlar həyatda yetişir. Ələddin Məmmədovu da hörmət , ehtiram sahibi edən onun gənc olsa da dərin dünya görüşünə sahib olmasıdır. Kənd ağsaqqalları Elqəm Nəsibov, Ramiz Məmmədovla icra nümayəndiliyində rastlaşdıq. İlk görüşdə aldığımız təəsürat bizim istədiyimizi bizə verdi Gəlişimizin məqsədi, bölgə İcra Hakimiyyəti nümayəndələrinin xalqın xidmətində necə dayandıqlarını öyrənmək idi. Ağsaqqallar söylədi ki, rayonumuza yeni gəlmiş icra başçısı Elvin Paşayev , Mollacəlilli kənd icra mümayəndəsi Ələddin Məmmədov təyin olunduqları gündən sakinlərlə görüşlər keçirir, məsləhətlərini dinləyir, problemlərin həlli yollarında sakinlərin köməyinə, dəstəyinə inanır, arxalanırlar.
Elqəm kişi söylədi ki, mən düzü, əyrini gizlətməyən insanam. Amma yaxşıya da pis deyə bilmərəm.
Elməddin Məmmədov kəndə gələndən buralarda bir dirçəliş hiss olunmaqdadır.
Kəndin su probleminin həlli üçün yollar axtarır, şirkətlər dəvət edir.
Şəhidlər abidəsi tikdirərək onların ruhunu sevindirmişdir. Zəfər parkı layihəsi artıq hazırdır. Bu kənd sakinlərinin istirahət məkanı olacaqdır. Elqəm kişi , Ramiz kişi deyir ki, “El bir olsa, dağ oynadar yerindən”
Bizlər birlikdə hər işin öhdəsindən tezliklə
gələcəyik..
Sizə davamlı uğurlar arzu edirik.

Yasəmən Möhübbətqızı.
Baş redaktor,AJB- nin üzvü
Brynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri

Check Also

Hacıqabulun ən böyük qəsəbəsində içməli su tapılmır- Videoreportaj

Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə …