Şənbə , 26 Aprel 2025
Drone Cameras

Azərbaycan bankları bayramda işləməyəcək

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

Boyukmillet.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.

Check Also

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb

Keçən ilin yayında məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına səbəb olub. Boyukmillet.com xəbər …