Bazar ertəsi , 25 Sentyabr 2023

Azərbaycan bayrağı Tbilisidəki monitorlarda nümayiş etdirilir

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrində olan reklam monitorlarında Azərbaycan bayrağı nümayiş etdirilir.

Boyukmillet.com xəbər verir ki, aksiya 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ölkənin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi yerində qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …