Çərşənbə , 16 İyun 2021
Home » İqtisadiyyat » Azərbaycan BOKT-unun təsisçilərinin pay bölgüsü dəyişib

Azərbaycan BOKT-unun təsisçilərinin pay bölgüsü dəyişib

“Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsü dəyişib.

Boyukmillet.com xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalını 1 milyon manat və yaxud 2,1 dəfə artırılaraq 0,9 milyon manatdan 1,9 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün lazım olan vəsaiti təsisçilərdən yalnız biri – Yeganə Vəliyeva təmin edib və “Brand Credit”dəki payını 47%-dən 74,9%-ə çatdırıb. Əvəzində digər 2 təsisçi – Əli Hüseynovun və Şəbnəm Vəliyevanın payları müvafiq olaraq 47%-dən 22,26%-ə və 6%-dən 2,84%-ə düşüb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb.

Check Also

Azərbaycanın tədiyyə balansında 326 milyon dollarlıq qalıq yaranıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 325,9 milyon ABŞ dolları təşkil edib. …