Cümə , 19 İyul 2024
Drone Cameras

Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər

Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil qərargahına gediblər.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.

O qeyd edib ki, Azərbaycan və NATO arasında ictimai diplomatiya və strateji kommunikasiyalar sahəsində tərəfdaşlıq çərçivəsində dezinformasiyaya qarşı mübarizədə NATO-nun yanaşması və qabaqcıl təcrübələri öyrəniləcək. Həmçinin nümayəndə heyəti strateji kommunikasiyalar, sosial şəbəkələrdən istifadə ilə bağlı brifinqlər və dəyirmi masa müzakirələrində iştirak edəcək.

Check Also

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri …