Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Boyukmillet.com -un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Check Also

Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırılıb

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb. …