Çərşənbə , 8 Dekabr 2021
Home » İdman » Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi – VİDEO

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi – VİDEO

Fransada klublararası güləş çempionatı start götürüb.

Boyukmillet.com xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanıb. Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib – 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək. 

Check Also

Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif edib

Türkiyənin İstanbul şəhərində Avropa Cüdo Birliyinin (ACB) növbəti Konqresi keçirilib. “Report” Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi …