Bazar , 28 May 2023

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyası Bakıda yığışacaq

“İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası bu yaxınlarda Bakıda keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüş toplantıya hazırlıq xarakteri daşıyıb.

Nazir deyib ki, komissiyanın iclasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək mərhələləri müzakirə olunacaq.

Check Also

Niderland səfiri Azərbaycanı təbrik edib

Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik …