Bazar ertəsi , 18 Oktyabr 2021
Home » İdman » Azərbaycan idmançıları Avropa çempionatında medallar qazanıblar

Azərbaycan idmançıları Avropa çempionatında medallar qazanıblar

Polşada keçirilən fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları – Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə yer tutub.

Qeyd edək ki, daha əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.

Yarışda ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərlik etdiyi 4 idmançı təmsil edir.

Qitə çempionatına 30-dan çox ölkədən idmançılar qatılıb. Çempionat bu gün başa çatacaq.

Check Also

Azərbaycan güləşçisi dünya reytinqində liderliyə yüksəlib

Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib. Boyukmillet.com xəbər verir …