Cümə axşamı , 2 Fevral 2023

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6 % artıb

Azərbaycanda 2022-ci ildə əsas kapitala 18 272,3 milyon manat və yaxud 2021-ci il illə müqayisədə 5,5 % çox vəsait yönəldilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 9,8 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 13,6 % artıb.

İl ərzində istifadə olunmuş vəsaitin 10 611,3 milyon manatı və yaxud 58,1 %-i məhsul istehsalı sahələrinə, 6 735,6 milyon manatı və yaxud 36,9 %-i xidmət sahələrinə, 925,4 milyon manatı və yaxud 5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 14 718,9 milyon manatını və yaxud 80,6 %-ni daxili vəsaitlər təşkil edib, 13 461,5 milyon manatı və yaxud 73,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 %, büdcə vəsaitləri 36,4 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 2,6 %, sair vəsaitlər isə 5 % paya malik olub.

Check Also

Azərbaycan şərablarının Rusiyaya ixracı artıb, Çin istiqaməti bərpa ediləcək

Azərbaycan 2022-ci ildə şərab ixracını 2021-ci illə müqayisədə 50 % artıraraq 6,4 milyon ABŞ dollarına çatdırıb. Bunu “Report”a Azərbaycan Şərab İstehsalçıları və …