Bazar ertəsi , 3 Oktyabr 2022
Home » İdman » Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib

Azərbaycan İslamiadadakı medalların sayını 68-ə yüksəldib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib.

Boyukmillet.com-un məlumatına görə “Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib.

Check Also

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub. …