Çərşənbə axşamı , 7 İyul 2020
Home » İdman » Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bu tarixlərdə bəlli olacaq

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları bəlli olub. 

Boyukmillet.com xəbər verir ki, ÇL-də I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu “Qarabağ”ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq. 

Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqibləri müəyyənləşəcək. 

ÇL püşkatmaları:

I seçmə mərhələ – 9 avqust
II seçmə mərhələ – 10 avqust
III seçmə mərhələ – 31 avqust
Pley-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr

AL püşkatmaları:
I seçmə mərhələ – 10 avqust
II seçmə mərhələ – 31 avqust
III seçmə mərhələ – 1 sentyabr
Pley-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr.

Check Also

“Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”. Boyukmillet.comun xəbərinə görə, bu sözləri …