Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Manşet » Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualını cavablandırarkən bildirib.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən Prezident vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

Check Also

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin …