Şənbə , 2 İyul 2022
Home » Mədəniyyət » Azərbaycan mədəniyyət nazirinin müavini Gürcüstana gedib

Azərbaycan mədəniyyət nazirinin müavini Gürcüstana gedib

Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Boyukmillet.com xəbər verir ki, nazir müavini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ilə birgə Tbilisidə Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək xatirəsini ehtiramla anıb.

S.Məmmədəliyeva bu gün Tbilisi Dövlət İncəsənət Akademiyasında Azərbaycan səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkil etdiyi dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan sərgi və konfransda iştirak edəcək.

Tədbir çərçivəsində Gürüstanın görkəmli mədəniyyət xadimlərinin təltifi nəzərdə tutulub.

Check Also

Fransada “Şuşa ili” və Fikrət Əmirovun yubileyi münasibətilə konsert keçirilib

Fransanın paytaxtı Parisdə “Şuşa ili” və Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi …