Bazar ertəsi , 2 Oktyabr 2023

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində

Azərbaycan məhsulları ötən gün işə başlamış və noyabrın 10-na qədər davam edəcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sərgi Çinin Şanxay şəhərində keçirilir.

Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları – nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı və məmulatları, çay, meyvə qurusu nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Boyukmillet.com

Check Also

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları, yaxud 1,89 % artaraq 96,42 ABŞ dolları təşkil …