Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,72 bənd təşkil edib.

Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Check Also

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan neftinin …