Bazar ertəsi , 20 Mart 2023

Azərbaycan millisinin sabiq baş məşqçisi Albaniya klubunda işləyəcək

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bülent Karslıoğlunun yeni iş yeri bəlli olub.

Boyukmillet.com “Sporx”ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Albaniyanın “Partizani” komandasına rəhbərlik edəcək. Türkiyəli məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Bülent Karslıoğlu “Azərreyl” və “İqtisadçı” klublarına da rəhbərlik edib. O, “Azərreyl”lə ölkə çempionatının qalibi olub. 

Check Also

Azərbaycanın boks yığması Dünya Kubokunu 6 medalla başa vurub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan millisi …