Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Hərbi » Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Check Also

MN: “Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur”

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. Nazirlikdən  daxil …