Cümə , 6 Fevral 2026
Drone Cameras

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …