Çərşənbə , 21 Oktyabr 2020
Home » Siyasət » Azərbaycan Ordusunun zirehli texnikaları hərəkətə gətirildi – VİDEO

Azərbaycan Ordusunun zirehli texnikaları hərəkətə gətirildi – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Check Also

Samir Adıgözəlli: “Döyüşlərdə PKK-çı və başqa terrorçulardan istifadə edən ölkə diplomatik müstəvidə də faşistlərə güvənir”

Azərbaycan və Ermənistan arasında müharibənin getdiyi bir vaxtda işğalçı dövlət xaricdəki erməni lobbisinin maliyyəsi hesabına …