Çərşənbə , 21 Yanvar 2026
Drone Cameras

Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib

Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.

Check Also

Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib. Boyukmillet.com xəbər …