Şənbə , 13 Avqust 2022
Home » Milli Məclis » Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib

Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib. C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

Check Also

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun …