Bazar ertəsi , 2 Oktyabr 2023

Azərbaycan Prezidenti: “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”

“Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”, – dövlət başçısı bildirib.

Check Also

Kamran Əliyev əmr imzaladı

Bu gün Azərbaycan Respublikasının Baş Prokroru General Polkovnik Kamran Əliyev əmr imzalamışdır. Boyukmillet.com xəbər verir …