Şənbə , 2 İyul 2022
Home » Manşet » Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olunub

Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

Boyukmillet.com-un məlumatına görə, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.

Check Also

Şuşa teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək

Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək. Boyukmillet.com …