Bazar ertəsi , 29 May 2023

Azərbaycan sahibkarları Rusiya ilə əlaqələrini genişləndirir

Bir qrup sahibkar məhsul və avadanlıq idxalına dair müqavilələr imzalamaq üçün Rusiyanın Belqorod şəhərinə gedəcək.

Boyukmillet.com “Bel.ru”ya istinadən xəbər verir ki, imzalama mərasimi martın 5-nə təyin olunub. Səfər çərçivəsində həmçinin yerli sahibkarlarla görüşlərin keçirilməsi, istehsalat müəssisələrilə tanışlıq da nəzərdə tutulur. Belə ki, ağır, yüngül, qida sənayesi sahələrinin nümayəndələrindən ibarət heyətin neft-qaz və qida istehsalı avadanlığı, avtomatik idarəetmə sistemləri, ərzaq, yüngül sənayesi məhsulları idxalına daha çox maraq göstərəcəyi bildirilir.

Belqorod şirkətləri üçün də qarşıdakı görüş beynəlxalq bazara çıxmaq istiqamətində mühüm addım olacaq.

Check Also

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, …