Çərşənbə , 12 Noyabr 2025
Drone Cameras

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.

Qılıncoynatma Federasiyasından  verilən məlumata görə, X.Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.

Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.

Check Also

Azərbaycanın 5 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb. Boyukmillet.com-un məlumatına görə, …